Antalya Türkiyənin dünyaca məhşur turizm bölgəsidir. Çimərliklərin təmizlik göstəricisi olan Mavi Bayraqlı çimərlikləri ilə Antalya turizmin cənnət bölgəsi hesab edilir. Alanya, Side, Belek, Kaş, Kalkan, Kemer və Manavgat bölgələri ilə birlikdə dünyanın hər yerindən insanları özünə cəlb edir. Bura möhtəşəm yay kurort məkanı olmaqla yanaşı, min illiklərə dayanan tarixi abidələri ilə turistləri heyran etməyi bacarır. Antalya komfortlu və sakit istirahəti sevənlərlə yanaşı, çılğın həyatı sevənlər üçün də möhtəşəm məkandır. Kemer, Alanya və Sidenin gecə həyatı, rəngarəng əyləncələri ilə yay müddəti 24/7 hər kəsə möhtəşəm anlar yaşadır.